• $
  • £

ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!

ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!
27.05.2024 20:13
27 may 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq olunmuş maliyyə hesabatı təsdiqlənib, eyni zamanda 2023-cü ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına 185 000 000 manat məbləğində dividendin ödənilməsinə qərar verilib. Bununla da ABB-nin səhmləri üzrə dividend gəlirliliyi 15,1% təşkil edir.
 
Bununla yanaşı, iclasda bir sıra təşkilati məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub. Belə ki, ABB-nin Müşahidə Şurasının tərkibi növbəti müddətə təsdiqlənib və 2 üzv əlavə edilib. Yeni üzvlər Rüfət Əlimərdanov və Məcid Məmmədovdur. 1969-cu il təvəllüdlü Rüfət Əlimərdanov Azərbaycan Dövlət İqtisad Universitetində və Texas Universitetində təhsil alıb. 1997-ci ildən müxtəlif maliyyə institutlarında rəhbər vəzifələrdə çalışır. Digər üzv – 1981-ci il təvəllüdlü Məcid Məmmədov isə BDU-nun, Azərbaycan Dövlət İqtisad Universitetinin və Varvik Biznes Məktəbinin məzunudur. 2005-ci ildən müxtəlif kommersiya qurumlarında, o cümlədən bank sektorunda çalışıb.
 
Qanunvericiliyin tələblərinə əsasən, təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra namizədlər öz vəzifələrinin icrasına başlayırlar.
ABB Səhmdarlarının Ümumi Yığıncağında İdarə Heyəti sədrinin səlahiyyət müddəti 3 il uzadılıb.

Habelə, Səhmdarların Ümumi Yığıncağında əlavə səhmlərin buraxılması yolu ilə ABB-nin nizamnamə kapitalının artırılması qərara alınıb. Səhmlərin buraxılması kütləvi təklif üsulu ilə həyata keçiriləcək və emissiya çərçivəsində zəruri olan digər əsaslar emissiya prospektində müəyyən olunaraq ictimaiyyətə məlumat veriləcək.

Eyni zamanda, iclas zamanı ABB-nin Nizamnaməsi və Müşahidə Şurası haqqında Əsasnamə yeni redaksiyada təsdiqlənib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol