• $
  • £

Bank Respublika sevindirdi - İrəvanda tarixi uğur!

Bank Respublika sevindirdi - İrəvanda tarixi uğur!
30.05.2024 13:27
EBRD "Bank Respublika”nı növbəti dəfə "Azərbaycanın ən fəal emitent bankı” elan etdi!

"Bank Respublika – dinamik və dayanaqlı inkişaf edən Azərbaycanın aparıcı banklarından biri” məhz bu sözlərlə Azərbaycan bankı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ermənistanın paytaxtı İrəvan şəhərində mükafat alarkən təqdim edilmişdir.

Mükafat EBRD-nin 2023-cü ilin nəticələrinə həsr olunmuş İllik Toplantısı zamanı keçirilən mərasimdə təqdim edilib.

Təqdim edilən mükafat EBRD və Bank Respublika arasında ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il artan səmərəliliyinin göstəricisidir. Bu, həmçinin "Bank Respublika”nın mühüm tərkib hissəsi xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi olan sahibkarlığa dəstək missiyasını ölkəmizdə uğurla həyata keçirdiyini bir daha təsdiq edir.
 
Qeyd edək ki, Bank bununla yanaşı, Azərbaycanda aqrar, kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində də EBRD ilə uğurla əməkdaşlıq edir.
Bank Respublika - geniş regional xidmət şəbəkəsinə malikdir və ölkənin 5 ən böyük bankından biridir. Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu gün bankın beynəlxalq tərəfdaşları arasında dünya üzrə 30-dan çox maliyyə institutu yer alır.
 
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol