• $ 1.7
  • € 1.7732
  • ₽ 1.8979
  • ₺ 0.0468
  • £ 2.1411

Ceyhun Bayramov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Ceyhun Bayramov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
31.05.2024 11:03
Mayın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb. 

Azərbaycan XİN-dən bildirilib ki, görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib. 

Nazir Ceyhun Bayramov Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb. 

İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib. 

Nazir Ceyhun Bayramov həmsöhbətini həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb. 

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
Siyasət 21:48
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Siyasət 17:45
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Prezident onu təltif edib - Sərəncam
Siyasət 16:20
Prezident onu təltif edib - Sərəncam
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Siyasət 13:14
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Prezident Hulisi Akarı qəbul edib
Siyasət 10:45
Prezident Hulisi Akarı qəbul edib
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Siyasət 19:20
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Siyasət 16:28
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Prezident qəbul keçirib
Siyasət 13:23
Prezident qəbul keçirib
Prezident sərəncam imzalayıb
Siyasət 11:57
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol