• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Prezident Administrasiyasında vətəndaşların videoqəbulu tətbiq ediləcək

Prezident Administrasiyasında vətəndaşların videoqəbulu tətbiq ediləcək
14.02.2014 16:52
Bu il Prezident Administrasiyasında Vətəndaşların qəbulu otağında vətəndaşların videoqəbulunun tətbiqi nəzərdə tutulur.ANN.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun «Azərbaycan» qəzetində dərc olunmuş hesabat xarakterli məqaləsində bildirilib.Quraşdırılacaq avadanlıq və internet xidməti vasitəsilə vətəndaşlar yerlərdən birbaşa Prezident Administrasiyasının Qəbul otağına bağlanacaq və onları narahat edən məsələlərlə əlaqədar müvafiq struktur bölmələri rəhbərlərinin videoqəbulunda olacaqlar. Artıq Sumqayıt, Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Siyəzən, Şabran şəhər və rayonlarında müvafiq sistem işə salınmaq üzrədir.S.İsmayılov qeyd edib ki, 2013-cü ilin fevral ayından Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilən və uğurla icra edilən "Qəbula yazılmaq" elektron xidmətindən istifadə edərək, vətəndaşlar Prezident Administrasiyasının qəbul otağına birbaşa ərizə ilə müraciət etmədən qəbul cədvəlinə uyğun olaraq elektron müraciət əsasında müvafiq struktur bölmələri rəhbərlərinin qəbuluna yazılır və təyin olunmuş vaxtda qəbulda olurlar. Ötən müddət ərzində bu elektron vasitə ilə müraciət etmiş 3243 vətəndaşdan çoxu Prezident Administrasiyasının müvafiq struktur bölmələri rəhbərlərinin qəbulunda olublar.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib
Siyasət 10:30
Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 15:20
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Siyasət 09:35
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Siyasət 16:01
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Siyasət 14:59
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Siyasət 19:37
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Siyasət 12:56
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Siyasət 12:50
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol