• $
  • £

Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub

Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
31.05.2024 12:41
Qarşıdan 1 İyun - Uşaqların Ümumdünya Müdafiəsi günü gəlir. Bu günün əsas məqsədi sağlamlıq imkanlarından asılı olmayaraq hər bir uşağa bərabərhüquqlu və parlaq gələcək təmin etməkdir. Korporativ Sosial Məsuliyyətli bank kimi Yelo, autizmli uşaqlar üçün növbəti dəfə xoş təşəbbüs göstərib. Bank 20-dən çox uşaq və yeniyetmənin cəlb olunduğu Autizm Futbol Komandasına dəstək layihəsi keçirib.
 
Ötən gün Yelo Bank-ın ofisində həyəcan, sevinc və sürpriz dolu anlarla yadda qalıb. Autizm Futbol Klubunun oyunçuları və məşqçi heyəti Baş ofisdə qonaq olublar. Əvvəlcə qonaqlara ofis tur təşkil olunub. Onlar həm Yelo Bank-ın ofis şəraiti, həm də kollektivi ilə yaxından tanış olublar. Daha sonra Bankın idman zalında futbol, boççi və stolüstü tennis yarışları keçirilib. Yarışlarda autizmli uşaqlar Yelo Bank-ın komandası ilə yoldaşlıq oyununda üz-üzə gəliblər. Klubun gənc oyunçuları hər üç idman növündə peşəkarlıq göstərib, Yelo Bankın komandasını üstələyə biliblər. Tədbirin sonunda isə klubun üzvlərinə Yelo formaları və gələcək yarışlara hazırlıq üçün zəruri idman ləvazimatları hədiyyə olunub. Autizm Futbol Klubu bundan sonrakı yarışlarında Yelo forması ilə təmsil olunacaqlar. Yelo Bank bu formaların onlara uğur gətirəcəyinə inanır!
 
Bu kimi tədbirlər sayəsində autizmli uşaqların sosiallaşmasında rol oynamaq, onları cəmiyyətə qazandırmaq və xoşbəxt xatirələr bəxş etmək mümkündür. Yelo Bank tərəfindən atılan bu addımın əsas məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını ötürməkdir.

Online tez kredit əldə etmək istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol