• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Sahibə Qafarova qırğızıstanlı həmkarı ilə görüşüb

Sahibə Qafarova qırğızıstanlı həmkarı ilə görüşüb
04.06.2024 18:05

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Joqorku Keneşin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra o, Milli Məclisdə Heydər Əliyev Muzeyində olub və Xatirə kitabını imzalayıb.

Görüşdə xalqların ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin əsasını təşkil etdiyi qeyd olunaraq, bildirilib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr məhz bu möhkəm təməl üzərində qurulub. Vurğulanıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu illər ərzində dövlətlərimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.

Görüşdə Azərbaycan-Qırğızıstan münasibətlərində qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunub.

Söhbət zamanı ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etmələrindən razılıq ifadə olunub. O cümlədən, qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki proqram xarakterli çıxışında Azərbaycanın qarşısında duran vəzifələrdən danışarkən, bizim Türk dünyasından başqa ailəmizin olmadığını bildirib.

Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələrin önəminə diqqət çəkilib.

Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

O, ötən il Milli Məclisin Ümummilli LiderHeydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini xatırladaraq, Ulu Öndərin bütün Türk dünyasının qüruru olduğunu və bu tədbirdə iştirak etməklə dahi liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə etdiklərini söyləyib. Nurlanbek Şakiyev bu kimi tədbirlərin yalnız parlamentlər deyil, xalqlarımız arasında da münasibətlərin inkişafına töhfə verdiyini bildirib.

O, qarşılıqlı səfərlərin, deputatlarımız arasında təmasların ikitərəfli əlaqələrin, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Nurlanbek Şakiyev deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi kökləri olan dostluq münasibətlərinin inkişaf etdirilməsi xalqlarımızın maraqlarına uyğundur. Joqorku Keneşin sədri parlamentlərimizin beynəlxalq platformalarda qarşılıqlı dəstəyinin davam etdirilməsi, birgə təşəbbüslərin irəli sürülməsi ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı Milli Məclisin sədri qonağa regiondakı vəziyyət haqqında məlumat verib. O, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından qurtarmasından, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən söz açıb, ölkəmizin regionda sülhün əldə olunması istiqamətində atdığı addımlar və irəli sürdüyü təşəbbüslərdən, sülh sazişinin imzalanması istiqamətində görülən işlərdən danışıb, bəzi üçüncü tərəflərin regionda sülhün bərqərar olmasına törətdiyi əngəlləri diqqətə çatdırıb.

Sahibə Qafarova qonaqların sabah Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə - Füzuli və Şuşa şəhərlərinə səfəri zamanı işğal dövründə Ermənistan tərəfinin törətdiyi dağıntılarla və Azərbaycanın azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlarını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Siyasət 19:20
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Siyasət 16:28
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Prezident qəbul keçirib
Siyasət 13:23
Prezident qəbul keçirib
Prezident sərəncam imzalayıb
Siyasət 11:57
Prezident sərəncam imzalayıb
Prezident qəbullar keçirib - Yenilənib
Siyasət 20:02
Prezident qəbullar keçirib - Yenilənib
Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov
Siyasət 17:46
Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov
Prezident Ballıcaya gedib
Siyasət 12:12
Prezident Ballıcaya gedib
Prezident Xankəndində otelin açılışında iştirak edib
Siyasət 10:01
Prezident Xankəndində otelin açılışında iştirak edib
İran parlamentinin sədri Azərbaycana gəlib
Siyasət 23:40
İran parlamentinin sədri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol