• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışıb

Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışıb
04.06.2024 18:53
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparılıb.Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
 
Telefon danışığı zamanı ölkələr arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
 
Bununla yanaşı, bölgədə post-münaqişə dövründə köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və yenidənqurma işlərində əsas təhdidlərdən biri olan ərazilərin minalanması problemi ilə mübarizə istiqamətində BƏƏ tərəfindən ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım göstərilməsininin vacibliyi vurğulanıb və buna görə qarşı tərəfə təşəkkür edilib. Göstərilən yardımın həmrəylik göstəricisi olduğu vurğulanıb.
 
Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun tarixində Neftçala və Biləsuvar elektrik stansiyasının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının, eləcə də SOCAR və BƏƏ-nin Masdar şirkəti arasında imzalanan üç bərpa olunan enerji layihələri üzrə Səhmdarlar Sazişinin iki ölkə arasında sərmayə sahəsində əməkdaşlığının genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.
 
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri, ölkələr arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.
 
Tərəflər qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırıb, ən səmimi arzu və diləklərini bildiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Siyasət 19:20
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Siyasət 16:28
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Prezident qəbul keçirib
Siyasət 13:23
Prezident qəbul keçirib
Prezident sərəncam imzalayıb
Siyasət 11:57
Prezident sərəncam imzalayıb
Prezident qəbullar keçirib - Yenilənib
Siyasət 20:02
Prezident qəbullar keçirib - Yenilənib
Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov
Siyasət 17:46
Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov
Prezident Ballıcaya gedib
Siyasət 12:12
Prezident Ballıcaya gedib
Prezident Xankəndində otelin açılışında iştirak edib
Siyasət 10:01
Prezident Xankəndində otelin açılışında iştirak edib
İran parlamentinin sədri Azərbaycana gəlib
Siyasət 23:40
İran parlamentinin sədri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol