• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Azərbaycan və BƏƏ prezidentləri telefonla danışıblar

Azərbaycan və BƏƏ prezidentləri telefonla danışıblar
05.06.2024 18:50
İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkətinin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının əhəmiyyətinə toxunaraq, bu sahədə ölkələr arasında mövcud əməkdaşlıqdan məmnunluğunu bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə dinamik inkişaf etdiyi vurğulanıb.

COP28-in sədri olaraq Birləşmiş Ərəb Əmirlikləri və COP29-un sədri olaraq Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana dəvət edib.

Dövlət başçısı ölkənin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində verdiyi maliyyə töhfəsinə və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda humanitar əsaslı tikinti layihələrinə töhfə vermək niyyətinə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdarlığını bildirib.

Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələr arasında münasibətlərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha vurğulayıb.

Telefon danışığı əsnasında dövlət başçıları əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Siyasət 19:20
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Siyasət 16:28
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Prezident qəbul keçirib
Siyasət 13:23
Prezident qəbul keçirib
Prezident sərəncam imzalayıb
Siyasət 11:57
Prezident sərəncam imzalayıb
Prezident qəbullar keçirib - Yenilənib
Siyasət 20:02
Prezident qəbullar keçirib - Yenilənib
Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov
Siyasət 17:46
Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov
Prezident Ballıcaya gedib
Siyasət 12:12
Prezident Ballıcaya gedib
Prezident Xankəndində otelin açılışında iştirak edib
Siyasət 10:01
Prezident Xankəndində otelin açılışında iştirak edib
İran parlamentinin sədri Azərbaycana gəlib
Siyasət 23:40
İran parlamentinin sədri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol