• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Azərbaycanla Estoniya arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Estoniya arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub
05.06.2024 21:32

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub.Bu barədə XİN-dən bildirilib.
 
Telefon danışığı zamanı Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri, regionda hazırkı proseslər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə mövzusu olub.

Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi çərçivəsində görüşlərin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Sülh prosesində bir sıra həlli tələb olunan məsələlər ilə yanaşı, ümumilikdə real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Nazir delimitasiya komissiyaları arasında əldə olunan, Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını və sərhədin bir qisminin delimitasiyasını ehtiva edən son razılığın əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlıq üçün əlavə imkanlar yarandığı bildirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Siyasət 19:20
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Siyasət 16:28
Ədliyyə işçilərinin sayı artırılıb - Fərman
Prezident qəbul keçirib
Siyasət 13:23
Prezident qəbul keçirib
Prezident sərəncam imzalayıb
Siyasət 11:57
Prezident sərəncam imzalayıb
Prezident qəbullar keçirib - Yenilənib
Siyasət 20:02
Prezident qəbullar keçirib - Yenilənib
Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov
Siyasət 17:46
Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov
Prezident Ballıcaya gedib
Siyasət 12:12
Prezident Ballıcaya gedib
Prezident Xankəndində otelin açılışında iştirak edib
Siyasət 10:01
Prezident Xankəndində otelin açılışında iştirak edib
İran parlamentinin sədri Azərbaycana gəlib
Siyasət 23:40
İran parlamentinin sədri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol