• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Avropada Azərbaycan qazına böyük tələbat var -Mixael Gilmer

Avropada Azərbaycan qazına böyük tələbat var -Mixael Gilmer
06.06.2024 13:25
Avropa ölkələrində Azərbaycan təbii qazına böyük tələbat var. Bunu Bakı Enerji Forumunun ikinci günündə "Qaz dialoqu: enerji böhranı zamanı qaz təchizatının rolu” mövzusunda keçirilən plenar müzakirələrdə Almaniyanın "Uniper” şirkətinin vitse-prezidenti Mixael Gilmer deyib.

Onun sözlərinə görə, təbii qaza tələbat uzun müddət olacaq.

"Almaniya yaşıl enerjiyə keçidlə bağlı tədbirlər görür, lakin ölkənin qaza marağı da davam edir. Rusiya qazından imtina etdikdən sonra qitədə qiymətlər 7 dəfə artıb və buna görə də Azərbaycan qazına böyük tələbat yaranıb”, - Gilmer deyib. 


Macarıstanın MVM. Şirkətinin "Şahfəniz” yatağının istismarı layihəsondə 5% paya malik olma barədə müqavilə bağlamasına önəm verən Glimer bildirib ki, Almaniya Rusiyadan asılılığını diversifikasiya etməyə çalışır. caliriq 


Onun sözlərinə görə, Almaniyanın 2025-ci ilə qədər çox dəqiq hədəfləri var, lakin qaz əsas yanacaq olaraq qalacaq. 


"Almaniyada istilik sektoru və istehsal sənayesi tərəfindən əsasən qaz istehlak edilir. Bəzi şirkətlər qazı hidrogenlə əvəz etmək istəyirlər, lakin bu, çox bahadır. Bütün sənayelərin onu almaq imkanı yoxdur. Ümumiyyətlə, qazdan asılılıq var. İstilik sistemində qaz mazut və kömürü əvəz etməlidir. Mazutu və kömürü elektrik enerjisi istehsalı sektorundan çıxarırıq”, - o bildirib. 


Hazırda Almaniyanın strategiyasına əsasən bu ölkədə 10 Gvt elektrik stansiyaları tikilir. Onları gələcəkdə hidrogenlə işə keçiriləcəyi planlaşdırılır. 


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol