• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Türkiyədən Naxçıvana fiber-optik magistral xəttin inşasına 4 mln manata yaxın vəsait ayrılıb

Türkiyədən Naxçıvana fiber-optik magistral xəttin inşasına 4 mln manata yaxın vəsait ayrılıb
06.06.2024 13:38
Türkiyə sərhəddindən Naxçıvana fiber-optik magistral xəttin inşası üçün 4 milyon manata yaxın vəsait ayrılıb. Bunu Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli deyib. 
 
"Prezidentin fərmanı ilə təsdiqlənmiş Naxçıvanın Soial İqtiqsadi İnkişafı üçün hazırlanmış Dövlət Proqramının icrası ilə məşğuluq. Hazırda 2 təxirəsalınmaz layihəmiz icra olunur. Bunlardan biri Türkiyə sərhədindən yəni Sədərəkdən Orudubada qədər, həmçinin Naxçıvan şəhəri və Şahbuz da əhatə olunmaqla fiber-obtik magistral xəttin inşası üçün işlər aparılır. İnşa işlərinin satınalma proseslərini artıq yekunlaşdırmışıq və icra prosesində birinci mərhələni artıq bitirmişik. Bu kifayət qədər ciddi bir layihədir. Təqribən hazırkı infrastruktura alternativ infrastrukturun qurulması istiqamətində hesablanmış infrastrukturun tikintisi nəzərdə tutulur. Burada 16 telabit saniyə tutumu daşıya biləcək infrastrukturun qurulmasından söhbət gedir. Bu tutum yalnız Naxçıvan üçün yox, həmçinin beynəlxalq və regional trafiklərin daşınması üçün hesablanmış layihədir. Layihənin inkişafı istiqamətində ayrılan büdcə 4 milyon manata yaxın vəsaitdir, bu vəsait demək olar ki, artıq xərclənib və bu istiqamətdə işlər aparılır”, - Ələkbərli iyunun 6- da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin "IV Zirvə Toplantısı"nda jurnalistlərə açıqlamasında qeyd edib
 
O həmçinin bildirib ki, digər vacib layihələrdən biri Data Mərkəzi layihəsidir.
" Birinci etabda Data Mərkəzi layihələndirmə işlərinə başlanılıb və artıq yekunlaşdırılıb. Bu bizim təxirəsalınmaz layihələrimizdən biridir. Hansı ki, Dövlət Proqramı sayəsində həyata keçirilir. Bu istiqamətdə maliyyələşmə və satınalma prosesinin bir hissəsi görülüb. Bu layihənin sənədlərini artıq ekspertizaya təqdim edirik ki, layihə üçün növbəti addımlar tamam bitmiş olsun. Yəqin ki, tezliklə təməlqoyma mərasimi keçiriləcək”, - Ələkbərli əlavə edib.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Cəmiyyət 23:06
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Cəmiyyət 20:00
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
Cəmiyyət 19:33
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Cəmiyyət 15:30
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Cəmiyyət 14:56
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Cəmiyyət 13:45
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:13
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:55
Sabah 36 dərəcə isti olacaq
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Cəmiyyət 12:01
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol