• $
  • £

“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu

“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu
06.06.2024 15:38
Azərbaycan Respublikasının Mərkəzi Bankı "A-Solutions” MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərməsi üçün lisenziya təqdim edib. Qeyd etmək lazımdır ki, təşkilatın əsas səhmdarı qismində "Azercell Telekom” MMC çıxış edir. Beləliklə də, ölkənin telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatlarını, həm də mobil rabitə imkanlarını birləşdirən "akart” bu lisenziyanı alan birinci fintex həlli oldu.
 
Qeyd edək ki, müştərilərə nağdsız hesablaşma və ödənişləri daha rahat şəkildə yerinə yetirməyə imkan yaradan bu unikal məhsul ilə kartdan karta sürətli pul köçürmələrini, kommunal ödənişləri və digər əməliyyatları yerinə yetirmək mümkündür. Eyni zamanda, "akart”ın "Apple” və "Google Pay” vasitəsilə təmassız ödəniş, ayda 100 AZN-dək keşbek və 10 GB-dək bonus qazanma imkanı, genişlənən partnyor şəbəkəsi və s. kimi üstünlükləri var.
 
Beləliklə virtual kart əhalinin bank xidmətlərinə çıxışı aşağı olan və ya ümumiyyətlə olmayan qisminə onlayn bankçılıq üçün rahat və sərfəli həll təqdim edir. Həllin məqsədi "akart” vasitəsilə ölkə əhalisinə nağdsız ödəniş vərdişlərini təşviq etməkdir. Bununla da virtual kart Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə və rəqəmsal ekosistemin inkişafına töhfəsini verəcək.
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol