• $
  • £

Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi

Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi
07.06.2024 17:49
Rəy liderləri və sənaye mütəxəssislərini bir araya gətirən Bakı Süni İntellekt Forumunda yeni texnologiyaların transformasiya potensialı müzakirə olundu. Tədbir iştirakçıları süni intellektin ən son tendensiyaları, tətbiqi və inkişaf perspektivlərini özündə əks etdirən təqdimatlarla tanış oldular, panel müzakirələri və interaktiv seminarlara qatıldılar.

Azercell-in Müştəri Xidmətləri və Omni-Kanal İdarəetmə departamentinin direktoru Səbinə Zamanova çıxışında süni intellektin telekommunikasiya sahəsində tətbiqi və xüsusilə də müştərilər ilə birbaşa ünsiyyətdə istifadə imkanlarını gündəmə gətirdi. S.Zamanova Azercell-in Azərbaycanın telekommunikasiya sahəsində bir ilkə imza ataraq süni intellekt əsasında istifadəyə vermiş "Aicell” Virtual Assistent xidməti   haqqında məlumat verdi. Azərbaycan dilində tam spektr xidmət göstərən "Aicell”in abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirmə xüsusiyyəti forum iştirakçılarının diqqətini çəkdi. Belə ki, müştəri sorğularını operativ şəkildə emal edən Virtual Assistent daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olur.
 
Azercell "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq yeni texnologiyaların tətbiqi ilə müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol