Beş ayda Azərbaycana 965 556 xarici vətəndaş səfər edib

2024-cü ilin yanvar-mayında Azərbaycana 965 556 xarici vətəndaş səfər edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Mayda ölkəyə 239 272 nəfər gəlib, bu da ötən illə müqayisədə 26 % çoxdur.
Ötən il 2 086 548 turist Azərbaycana səfər edib, Azərbaycandan isə 1 868 742 başqa ölkələrə üz tutub.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, 2024-cü ildə 2 milyon 900 min turistin Azərbaycana gəlməsi planlaşdırılır.
2027-ci ilə qədər turizmin inkişafına dair "yol xəritəsi”nin icrası Rusiya Federasiyası və Azərbaycanın qarşılıqlı turist axınını 40% artıracaq.
2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
Aygün2027-ci ilə qədər turizmin inkişafına dair "yol xəritəsi”nin icrası Rusiya Federasiyası və Azərbaycanın qarşılıqlı turist axınını 40% artıracaq.
2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
www.anews.az