• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycanın Gürcüstana birbaşa investisiyalarının həcmi açıqlanıb

Azərbaycanın Gürcüstana birbaşa investisiyalarının həcmi açıqlanıb
10.06.2024 17:57
Azərbaycanın 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 12,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarında bildirilibş

2023-cü ilin eyni dövründə Gürcüstandan Azərbaycana 7,5 milyon ABŞ dolları həcmində investisiya geri qaytarılıb.

Birinci rübdə Gürcüstana birbaşa xarici investisiyalarının ümumi həcmində Azərbaycanın payı 6 % təşkil edib.

Bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatında birbaşa xarici investisiyaların ümumi həcmi 201,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 % azdır.

Birinci rübdə Gürcüstana birbaşa investisiyaların həcminə görə 21 % xüsusi çəki ilə Türkiyə (42,4 milyon ABŞ dolları) lider olub. Onu Çexiya 41,5 milyon ABŞ dolları (20,6 %) investisiyalarılə və ABŞ (33,7 milyon ABŞ dolları, 16,7 %) izləyib.

Hesabat dövründə birbaşa xarici investisiyaların ən böyük həcmi Gürcüstanın enerji sektoruna yatırılıb - 78,7 milyon ABŞ dolları və ya ümumi həcmin 39,1 %-i (2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 21,5 % çox). İkinci yerdə ticarət sektoru - 39,5 milyon ABŞ dolları və ya 19,6 % (56,4 % az), üçüncü yerdə nəqliyyat - 38,8 milyon ABŞ dolları və ya 19,3 % (10,4 % az) qərarlaşıb.

2023-cü ildə Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 24 % azalaraq 1,6 milyard ABŞ dolları təşkil edib ki, bunun da 53,6 milyon ABŞ dolları Azərbaycan investisiyalarıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Cəmiyyət 23:00
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
Cəmiyyət 19:54
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 19:02
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Hava ilə baglı XƏBƏRDARLIQ
Cəmiyyət 18:53
Hava ilə baglı XƏBƏRDARLIQ
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Cəmiyyət 14:15
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol