• $
  • £

Azərbaycanın yeganə dövlət bankı səhmlərini satışa çıxarıb

Azərbaycanın yeganə dövlət bankı səhmlərini satışa çıxarıb
11.06.2024 12:53
Azərbaycan yeganə dövlət kommersiya bankı olan Azərbaycan Beynəlxalq Bankı özəl sektor üçün səhmlərinə abunə yazılışına start verib. Bu barədə bankın İdarə heyətinin sədri  Abbas İbrahimov bildirib. 


"ABB-ə özəl innvestisiyaların cəlbi emissiya şəklində  həyata keçiriləcək. 322 milyon ədədsəhm buraxılıb. Məqsəd  özəl sektordan kiçik investorları bankımıza cəlb etməkdir.Minima 100 maksimum isə  75 min səhm almaq imkanı yaradılıb.  Hər səhmin qiymətinin 27 qəpik olduğunu nəzərə alsaq bu o deməkdir ki, minimum 27 manat və maksimum 20250 manat  xərcləməklə bankımızın səhmdarı olmaq olar",  -  İbrahimov bildirib. 


Onun sözlərinə görə, bank əsasən yerli vətəndaşların cəlbində maraqlı olsa da xarici vətəndaşlar da ABB  səhmlərini ala blərlər. 


"Məqsədimiz daha çox odur ki,  Azərbaycan vədəndaşlarının bankımızın idarə edilməsində iştirakını təmin edək. Eyni zamanda bankın korporativ idarəedilməsi imkanlarının genişləndirilməsi əsas məqsədlərimizdən biridir. Burada iri investorlarn cəlbi nəzərdə tutulmur. Daha çox kiçik pay sahibi olanların cəlbi nəzərdə tutulub. Xarici investorlar da kiçik pay sahibi olmaq istəsələr  prosesə cəlb edilə bilərlər",  - İbrahimov bildirib.  


Onun sözlərinə görə, emissiya olunan bütün səhmlər  3 ay ərzində yerləşdirildikdən sonra özəl investorların  nizamnamə kapitalındakı payl 10% faizə kimi artacaq, dövlətin payı isə 90%-ə kimi azalacaqdır. 


"Bununla belə dövlət emissiyadan sonra da bankın əsas səhmdarı imi qalacaq",  - İbrahimov deyib. 


İPO buraxılışına gəlincə isə ABB rəhbəri bildirib ki, növbəti mərhələdə hər zaman yeni qərarlar ola bilər. 


"Hazırda bankın tam özəlləşdirməyə çıxarılması  gündəmdə deyil. Gündəmdə olan yeni səhmlərin emissiya edilməsidir. ABB-də sağlamlaşdırma tam başa çatıb", - İbrahimov deyib. 


O həmçinin bldirib ki,  ABB mənfəətliliyini yüksəldərək son ildə ABB qrup olaraq beynəlxalq mühasibat ucotuna görə, vergi ödənişlərindən sonra  380 milyon  xalis mənfəət əldə edib.  Bu restrukturizasiya dövründəki formal  mənfəət sayılmasa ən yüksək göstəricdir. 


Son 5 ildə ABB əsas səhmdarına  divident olaraq 1.3 milyard manata yaxın ödəniş edib. 


ABB səhmələrinin özəl sektora satışa çıxarılması Prezidentin 2023-cü ilin avqustunda imzaladığı sərəncam əsasında həyata keçirilib.


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol