• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri ilə görüşüb
11.06.2024 19:54
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Berlində Ukrayna Bərpa Konfransı çərçivəsində Bolqarıstan Respublikasının Baş naziri və xarici işlər naziri Dimitar Qlavçev ilə görüşüb.Bu barədə XİN-dən məlumat verilib.
 
Görüş zamanı tərəflər strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini, tərəfdaşlığın müxtəlif istiqamətlər, xüsusilə də energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, infrastruktur, innovasiyalar və qarşılıqlı investisiyalar sahələrində daha da gücləndirilməsi üçün səylərin artırılacağını vurğulayıblar.

Cənub Qaz Dəhlizindən Azərbaycan təbii qazının Bolqarıstan-Yunanıstan İnterkonnektoru vasitəsilə Bolqarıstana ötürülməsinin, yaşıl enerji daxil olmaqla energetika sahəsində artan əməkdaşlığın, "Həmrəylik Halqası” çərçivəsində birgə səylərin münasibətlərə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Bolqarıstan arasında siyasi məsləhətləşmələrin daimi siyasi dialoqun saxlanılması baxımından önəmli olduğunu vurğulayıb.

Nazir, həmçinin həmkarını post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Görüşdə tərəflər, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsinin yeni perspektivli əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol