• $
  • £

Bu günədək tədarük məntəqələrinə 190 tondan çox yaş barama təhvil verilib

Bu günədək tədarük məntəqələrinə 190 tondan çox yaş barama təhvil verilib
13.06.2024 14:19
Bu günədək Azərbaycanda kümçülər tərəfindən tədarük məntəqələrinə 190,2 ton yaş barama təhvil verilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
 
Ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 40 tondan artıq yaş barama təhvil veriblər.

Məhsul tədarükünə görə, Zaqatala (21 ton 353 kq), Ağcabədi (19 ton 854 kq), Balakən (15 ton 141 kq), Bərdə (12 ton 173 kq) və Lənkəran (7 ton 533 kq) rayonları öndə gedir.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan "Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 90 000 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.
 
2023-cü ildə Azərbaycanın 41 rayonunda yaş barama tədarükü aparılıb. 


Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
 
2021-ci ildə isə barama istehsalı 497.4 tona qədər artsa da, 2022-ci ildə isə 31 faiz azalaraq 341 ton olub.
 
Ötən ilin yanvar-noyabrında Azərbaycan cəmi 1.7 milyon ABŞ dolları dəyərində ipək ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 49.4 faiz azdır.

 
2022-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılıb.

Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol