• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Avropa İttifaqı Azərbaycana qaz danışıqlarında vasitəçi olmağı təklif edib - Hacıyev

Avropa İttifaqı Azərbaycana qaz danışıqlarında vasitəçi olmağı təklif edib - Hacıyev
14.06.2024 09:28
Avropa İttifaqı (Aİ) və Ukrayna Azərbaycandan Rusiya ilə bu ilin sonunda başa çatacaq qaz tranziti sazişi üzrə danışıqlarda yardımçı olmağı xahiş ediblər. Bunu Reuters-ə Azərbaycan prezidentinin köməkçisi  Hikmət Hacıyev bildirib. 

"Bəli, Aİ və Ukrayna qaz tranzitində öz köməyimizi etmək təklifi ilə bizə müraciət ediblər.  Biz vasitəçi kimi bunun üzərində işləyirik”, -  Hikmət Hacıyev bildirib.

Aİ Rusiyadan qaz idxalının  kəskin şəkildə azaltsa da  bəzi Mərkəzi Avropa ölkələri hələ də Ukraynadan keçən boru kəməri vasitəsilə Rusiyadangələn  qazdan asılıdır. Avstriya təbii qaza olan tələbatının çox hissəsini hələ də bu marşrut vasitəsilə idxal etdiyi qaz hesabına ödəyir. 

Ukrayna hələ də ildə təxminən 15 milyard kubmetr (bcm) Rusiya qazını Avropaya nəql edən boru kəməri ilə bağlı beş illik tranzit müqaviləsini yeniləməyəcəyini söyləyib. Müqavilənin müddətibu il dekabrın sonunda başa çatır.  Hacıyev Azərbaycanın Rusiya qazının Avropaya ixracı ilə bağlı alternativ müqaviləni necə asanlaşdıra biləcəyi barədə ətraflı məlumat vermək istəməyib.

Aİ-nin enerji tənzimləyicisi ACER-in məlumatına görə, keçən il boru kəməri il nəql edilən. 18 milyard kubmetr Rusiya qazını  əvəzləmək üçün Aİ mayeləşdirilmiş təbii qazın (LNG) idxalını artırıb.

Aİ qaz idxalını diversifikasiya etməyə  çalışır və 2027-ci ilə qədər Azərbaycan qazının idxalını iki dəfə artıraraq ildə ən azı 20 milyard kubmetrə çatdırmaq barədə saziş imzalayıb. Lakin Hacıyev bildirib ki,  bu genişlənməni asanlaşdırmaq üçün infrastruktur və maliyyə hələ də mövcud deyil.

"Yataqlara investisiya qoymaq üçün bizə daha çox pul lazımdır, boru kəmərlərinə isə daha çox investisiya lazımdır, lakin böyük  banklar təbii qazla bağlı layihələrə  investisiya qoymur, daha çox bərpa olunan enerji mənbələri ilə bağlı projelərə üstünlük verirlər", - Hacıyev  deyib. 

Almaniyanın Uniper  şirkəti Ukrayna vasitəsilə cənub-şərqi Avropaya qaz nəqlinin davam etdirilməsi üçün həll yolu tapmaqla bağlı danışıqlarda iştirak edir. Bunu Bloomberg bazar ertəsi bildirib.

Uniper-in vitse-prezidenti Maykl Hilmer çərşənbə günü bildirib ki, şirkət Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixrac imkanlarını iki dəfə artırmaq məqsədi daşıyan Azərbaycan və Avropa Komissiyası arasında 2022-ci il enerji tərəfdaşlığı fonunda Azərbaycandan qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparmağa çalışır.

"Aİ-də hamı deyir ki, bizə qaz lazımdır, amma təsəvvür edin ki, Azərbaycan öz sərmayələrini qoyur və sonra Aİ buna ehtiyac olmadığını deyir”, - Hacıyev bildirib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol