Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
www.anews.az