• $
  • £

Bank Respublika “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumunda” mükafat alıb

Bank Respublika “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumunda” mükafat alıb
14.06.2024 11:35
14  iyun Beynəlxalq Qan Donoru Günü münasibətilə Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Qan Donorları Assosiasiyasının, Mərkəzi Qan Bankının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qırmızı Ürəklər (Red Hearts) Fondunun birgə tərəfdaşlığı ilə "Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib.

Forumun keçirilməsində əsas məqsəd ölkəmizdə qan donorluğunun inkişafına dəstək, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, eyni zamanda, qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsi olub.

Azərbaycanda qan donorluğunun inkişafında fəal iştirakına və verdiyi dəstəyə görə Bank Respublika xüsusi təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, "Bank Respublika”nın kollektivi qanvermə aksiyalarında daim iştirak edir, xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədi daşıyan bu işlərdə öz töhfəsini verir. Bank hər il "Dəstək olaq, təbəssümlər çoxalsın!” şüarı ilə Bank Respublikanın Baş ofisində Bankın rəhbərliyi və əməkdaşlarının iştirakı ilə könüllü qanvermə aksiyası keçirir. 

Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol