“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub
![“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub](https://anews.az/photo/850x500/2024-06/1718362645_qdf-951x371.jpg)
14 İyun
- Ümumdünya Qan Donoru Günü ərəfəsində "Gənc Qan Donorlarının IV
Ümumrespublika Forumu” keçirilib. Forum Qırmızı Ürəklər Fondu, Qan
Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və "Fairmont Baku”
otelinin birgə tərəfdaşlığı ilə baş tutub.
Forumun məqsədi qan
donorluğunun inkişafına dəstək olmaq, könüllü qanvermənin əhəmiyyəti barədə
insanların məlumatlandırılmasını təşviq etmək və irsi qan xəstəliklərindən əziyyət
çəkən uşaqların sağlamlığının bərpası istiqamətində cəmiyyətin maarifləndirilməsi
idi.
Forumu
çıxış sözü ilə açan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bu xüsusi
günün yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıb. "Bu gün xüsusən
bölgələrimizdə qan donorluğunun təbliğinə ehtiyac var. Doğrudur, bu isiqamətdə
bir çox təbliğat xarakterli işlər görülür, amma bu işlərin miqyasını genişləndirmək
olduqca vacibdir. Düşünürəm ki, bizim bugünkü forumda irəli sürülən təşəbbüslər
yaxın gələcəkdə daha gözəl nəticələrin əldə olunmasına kömək edəcək”.
Qırmızı Ürəklər
Fondunun prezidenti Yusif Poladov isə fondun könüllük istiqamətində gördüyü işlərdən
və bu sahədə bütün qurumların birlikdə fəaliyyətinin önəmindən danışıb. "Biz
fond olaraq korporativ sosial məsuliyyətimizi dərk edir və vaxtaşırı bu istiqamətdə
bir çox layihələr həyata keçiririk. Eyni zamanda bu mövzuda burada iştirak edən
bütün aidiyyatı qurumlar ayrı-ayrılıqda maraqlı təbliğat işləri görürlər. Bu təcrübələri
bölüşmək və birləşdirmək cəmiyyətimiz üçün qan donorluğunun daha da artması
istiqamətində böyük və faydalı nəticələrə gətirib çıxaracaq. Forumun əsas məqsədi
və bu görüşdən gözləntimiz də elə budur”.
Tərəfdaşların
rəsmi nümayəndələrinin, millət vəkillərinin və cəmiyyətin ziyalı şəxslərinin
iştirak etdiyi tədbirin təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə
görə Kapital Bank da Məkrəzi Qan Bankı və Qan Donorları Assosiasiyası tərəfindən
"Təşəkkürnamə” ilə təltif edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər