• $
  • £

Kapital Bank istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verildi

Kapital Bank istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verildi
14.06.2024 17:24
Xəbər verdiyimiz kimi Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon) manat həcmində olan ilk tranşının yerləşdirilməsi yekunlaşmışdı. 13 iyun 2024-cü il tarixində isə istiqrazların 50 000 000 (əlli milyon)  manat həcmində 2-ci tranşı premium bazar seqmentində listinqə daxil edilib.

İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı ilə həyata keçiriləcək. 14 iyun tarixində başlanılan abunə yazılışı 5 iş günü ərzində davam edəcək və 25 iyun 2024-cü il tarixində yekunlaşacaq. İstiqrazlar üzrə yerləşdirmə 27 iyun 2024-cü il tarixində baş tutacaq.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol