• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Yeni müharibəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq - MN

Yeni müharibəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq - MN
18.06.2024 18:10
Media vasitələrində Fransa ilə Ermənistan arasında "Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir. Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür:

"Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.

Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.

Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol