• $
  • £

İyulun 1-dən taksi sürücülərinə qoyulan tələbin tətbiqinə başlanılacaq

İyulun 1-dən taksi sürücülərinə qoyulan tələbin tətbiqinə başlanılacaq
20.06.2024 22:31
"Avtomobil nəqliyyatı haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı  alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
 
Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.
 
İyulun 1-dən taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 

Avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq.
Ən son açıqlanan məlumata görə, Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( "Buraxılış vəsiqəsi” və "Buraxılış kartı”) alan sürücülərin sayı 5 131-ə çatıb. Təlim keçən sürücülərin sayı isə 21 879-dur.
 
Nəqliyyat eksperti Elməddin Muradlı Facebook hesabındakı paylaşımda qeyd edib ki, ümumi hesablamalara və təxminlərə görə, Bakıda taksilərin sayı 30 mini keçməyəcək.
 
"Azərbaycanda taksi sürücülərinin sayı 100 min civarındadır. Onların 70 minə yaxını Bakıdadır. Ancaq qanuna edilən dəyişikliklərdən sonra taksi fəaliyyəti üçün icazə ( "Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") alan sürücülərin sayı 5131-ə çatıb.
Təlim keçən sürücülərin sayı isə 21 879-a çatıb. Qalanları haradadır? Bir qismi bilir ki, nə özü, nə də maşını taksiyə yarayır. Bir qismi isə oturub gözləyir ki, iyulun 1-dən sonra onlara dəyib-dolaşılmayacaq. Bir qismi də qərara gəlib ki, qanunsuz yolla da olsa işləyəcək.
Ancaq ümumi hesablamalara və təxminlərə görə, Bakıda taksilərin sayı 30 mini keçməyəcək. Çünki bu templə davam etsə, rəqəmlər bu civarda dayanacaq”, - Muradlı paylaşımda qeyd edib.
 
*91-11 taksi şirkətindən anews.az-a bildirilib ki, taksi sürücülərinin sayında 10-15% azalma var, lakin bu azalma sifarişləri yerinə yetirməyə maneə yaratmır. Həmçinin qiymətlərdə 20%-ə qədər artımın olduğu da vurğulanıb.
 
İqtisadçı Xalid Kərimli hesab edir ki, taksi sürücülərinin sayının azalması qiymətlərə birbaşa təsir edir.
 
"Taksi sürücülərinin sayının azalması taksi qiymətlərinə birbaşa təsir göstərir. Son vaxtlar taksi qiymətlərinin kəskin bahalaşmasının səbəbi bununla əlaqədardır. Bəlkə də 2 dəfəyə qədər taksi qiymətləri bahalaşıb. Əvvəl 2,3 manata gedilən yerlərə indi 5-6 manata aparılır. Əvvəl tətbiqlə taksi sifariş edəndə 3 dəqiqəyə gəlirdisə, indi 10 dəqiqələrlə gözləməli olursan. Taksi qiymətinin artması isə insaların taksiyə olan xərclərinin artırır. Bu yalnız onların xərclərinə təsir edəcək amildir. İdxal və ya ixrac olmadığı üçün iqtisadiyyata ciddi təsir edəcəyini düşünmürəm”, - o söyləyib.
 
Deputat Vahid Əhmədov qeyd edir ki, hər hansı islahat aparılanda islahat nəticəsində işindən kənarlaşan şəxslər varsa, onlar işlə təmin olunmalıdır.
 
"Milli Məclisdə bu məsələ müzakirə olunan zaman taksi sürücləri ilə bağlı hər hansı problemin olduğu təqdirdə, təminatı və işdən kənarlaşdırılması hallarında yeni işlə təmin olunacağı söylənmişdi. Ümumiyyətlə biz hər hansı islahat aparanda islahat nəticəsində kənarlaşan şəxslər olarkən onların işlə təmin olunmasının tərəfdarıyıq. Hər gedən islahat müəyyən qədər insanların işlərində ixtisara səbəb ola bilir. Bu istisna olunmur. Dövlətin əsas məqsədi isə ixtisara düşənlərin işlə təmin olunub, məvacib almalarıdır. Kifayət qədər boş iş yerləri var, bunlar təklif oluna bilər. Nəqliyyat Agentliyi Sosial Müdafiə Fondu ilə bunun üzərində işləməlidir. İşdən çıxarılan şəxs işlə təmin olunana qədər İşsizlikdən Sığorta Fondu tərəfindən yardım almalıdır”, - deputat vurğulayıb.
 
"Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
 
Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA” informasiya sistemində "E-taksi” alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək.

Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.
 
Aygün Mirakif 
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol