• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Ceyhun Bayramov Qırğız Respublikasının yeni səfirini qəbul edib

Ceyhun Bayramov Qırğız Respublikasının yeni səfirini qəbul edib
24.06.2024 18:05

24 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovu qəbul edib.Bu barədə XİN-dən məlumat verilib.
 
Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, nəqliyyat, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov iki ölkə arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Ölkə rəhbərləri arasında son zamanlar daha da artan təmasların, qarşılıqlı səfərlərin ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə əlamətdar olduğu vurğulanıb.

İki ölkə arasında çoxtərəfli platformalarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT), SPECA, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
 
Xüsusilə, TDT çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.

Görüş zamanı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş əməkdaşlıq imkanları olduğu qeyd edilib.

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində təməli qoyulmuş orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

Səfir Maksat Mamıtkanov ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Siyasət 14:32
Qazaxıstan prezidenti Əliyevə zəng edib
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Siyasət 13:14
Serbiya Prezidenti Aleksandar Vuçiç İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol