• $
  • £

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Video - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Video - Yenilənib
27.06.2024 18:54
İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb.

"Report"un məlumatına görə, bir neçə saat öncə ərazidə nəqliyyatın hərəkəti bərpa olunsa da, avtomobil yolunun dağlıq ərazidən keçən digər hissəsinə də iri qaya parçaları tökülüb və yol yenidən bağlanıb.

Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

16:31

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Ötən gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun bir-neçə ərazisində hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Dərhal əraziyə AAYDA tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılaraq hərəkət bərpa olunub.

Hazırda lil və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda intensiv yağışın nəticələri aradan qaldırılır
Cəmiyyət 13:30
Bakıda intensiv yağışın nəticələri aradan qaldırılır
Anar Quliyev: Urbanizasiya problemləri müzakirədən çox real fəaliyyət tələb edir
Cəmiyyət 13:13
Anar Quliyev: Urbanizasiya problemləri müzakirədən çox real fəaliyyət tələb edir
AZAL Naxçıvan reyslərini bərpa edib
Cəmiyyət 10:40
AZAL Naxçıvan reyslərini bərpa edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:39
Faktiki hava açıqlanıb
Bu gün Azərbaycanda WUF13-ə start verilir
Cəmiyyət 09:21
Bu gün Azərbaycanda WUF13-ə start verilir
Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Cəmiyyət 08:58
Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq
Cəmiyyət 20:31
WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq
Təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 20:06
Təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanının vaxtı açıqlanıb
Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 18:50
Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol