• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

ABŞ Azərbaycanla Ermənistan arasında delimitasiya sazişlərini müsbət qiymətləndirir

ABŞ Azərbaycanla Ermənistan arasında delimitasiya sazişlərini müsbət qiymətləndirir
28.06.2024 21:58

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı son razılaşmalar mühüm irəliləyiş hesab edilməlidir. Bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib.

Dövlət Departamentinin nümayəndəsi Ermənistanın  Azərbaycanın COP29-da sədrliyinə dəstəyini, sərhədlərin delimitasiyası üzrə sazişləri, o cümlədən dörd kəndin Azərbaycana qaytarılmasını Bakı ilə İrəvan arasında sülh prosesinə müsbət təsir edəcəyini bildirib. 

"Hesab edirəm ki, sərhədlərin delimitasiyası ilə bağlı son razılaşmalar irəliyə doğru çox mühüm addım olub. Ermənistan sülhün bərqərar olması üçün cəsarətli addımlar atmağa hazırdır. Hesab edirəm ki, biz Azərbaycanın da buna hazır olduğunu görür və buna diqqət edirik", - o deyib.

Əvvəllər xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikasının Dövlət Komissiyası ilə Ermənistan Respublikası Komissiyasının 8-ci iclasının yekunları üzrə əldə edilən razılaşmalara uyğun olaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə iki ölkənin ekspert qrupları Azərbaycan Respublikası və Ermənistan Respublikası sərhədində aparılan geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol