• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Bakı və Vaşinqton arasında regional təhlükəsizlik sahəsində əməkdaşlıq dərinləşə bilər

Bakı və Vaşinqton arasında regional təhlükəsizlik sahəsində əməkdaşlıq dərinləşə bilər
28.06.2024 22:14

Bakı və Vaşinqton regional təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirə bilər. Bunu dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib.

"Biz bunu artıq səmərəli şəkildə edirik, lakin biz irəlilədikcə, təhlükəsizlik və sülhü təmin etdikcə, regiondan kənardan gələn təhdidləri həll etdikcə və ümumilikdə regionda etimadı artırdıqca daha çox işlər görəcəyimizə ümid edirik. Düşünürəm ki, Orta Dəhliz üzərində işləyirik. Həm Gürcüstandan, həm də Ermənistandan keçən marşrutlar irəliyə doğru mühüm addım olacaq”, - O'Brayen deyib. 

O həmçinin bildirib ki , Birləşmiş Ştatlar Azadlığın Müdafiəsi Aktına 907 saylı düzəlişi Vaşinqton və Bakı arasında sıx və dərin əməkdaşlığa maneə hesab etmir.

"Düşünmürəm ki, bizim Konqresimizdə 907-ci maddənin ləğvini nəzərdən keçirmək üçün hər hansı bir istək var, lakin o, istisnalar nəzərdə tutur. Biz əlimizdə olanları təhlil etməkdə davam edirik. Mən hesab edirəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var, və 907 saylı düzəliş buna mane ola bilməz”, -  ABŞ rəsmisi vurğulayıb. 

O'Brayenin sözlərinə görə, iki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox təsirli yollar tapır. 

"Bizim bir çox sahələrdə çox sıx və dərin əməkdaşlığımız var. Odur ki, bu düzəlişin əngəl olduğunu düşünmürəm. Bu, sadəcə bizim problemlərdən biridir və biz onu birlikdə həll etməyə çalışırıq” - O’Brayn deyib. 


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol