• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

İrana qarşı bütün sanksiyalar aradan qaldırılacaq?

İrana qarşı bütün sanksiyalar aradan qaldırılacaq?
12.02.2014 20:40
 Ötən gün Ağ Evdə ABŞ və Fransa prezidentləri arasında görüş keçirilib.APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Barak Obama və Fransua Olland ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə yanaşı, İranın nüvə proqramını da müzakirə ediblər. Hər iki ölkə lideri İrana qarşı mövcud sanksiyaların qüvvədə olduğunu bir daha vurğulayaraq, bu qadağaları pozanların cəzalandırılacağını bildirib. Görüşdən sonra ABŞ və Fransa prezidentləri Ağ Evdə birgə mətbuat konfransı da keçiriblər. B.Obama Fransanın “altılıq” qrupunun üzvü olan bir ölkə kimi səylərini yüksək qiymətləndirərək, rəsmi Vaşinqton və Parisin İranın nüvə silahına yiyələnməsinin qarşısının alınması məsələsində həmfikir olduğunu bildirib: “Gələn həftə İranla “altılıq” ölkələri arasında keçiriləcək növbəti nüvə müzakirələri rəsmi Tehrana öz nüvə proqramının dinc məqsədli olduğunu sübut etməyə imkan verir. ABŞ və Fransa İrana qarşı mövcud sanksiyaların bu ölkənin nüvə fəaliyyətlərindən dolayı davam etdirilməsində də həmfikirdirlər. Ancaq Cenevrə razılaşmasının qüvvədə olduğu müddətdə İrana qarşı yeni sanksiyaların tətbiqi nüvə müzakirələrinə mənfi təsir göstərə bilər. Ona görə də hər iki ölkə İrana qarşı yeni sanksiyaların tətbiq edilməməsinin tərəfdarıdır. Onsuz da mövcud sanksiyalar İranı danışıqlar masası arxasına gətirmək mahiyyəti daşıyıb. İran öz nüvə proqramının dinc məqsədli olduğunu sübut edəcəyi təqdirdə daha çox imtiyazlar əldə edəcək. Rəsmi Tehran bunu elmi və texniki şəkildə isbatlamalıdır. Əgər İran öz nüvə proqramının dinc məqsədli olduğunu sübut edərsə, onda bu ölkəyə qarşı tətbiq edilmiş bütün sanksiyalar aradan qaldırılacaq”. ABŞ prezidenti həmçinin Cenevrə razılaşmasından sonra bəzi Qərb ölkələrinin İran bazarına çox ciddi şəkildə girməyə can atmasından dolayı da narahatlığını ifadə edib: “Bu addımlar onlar üçün istənilməyən nəticələr doğura bilər və bu mövqe nüvə razılaşmasının ruhuna ziddir”. F.Olland isə öz növbəsində vurğulayıb ki, İran hərbi məqsədli nüvə proqramından imtina etməyəcəyi təqdirdə müqavilə də imzalanmayacaq: “Bundan əlavə, Cenevrə razılaşması müddətində İrana qarşı mövcud sanksiyalar öz qüvvəsində qalacaq”. Fransa prezidenti həmçinin son günlərdə ölkəsindən 116 nəfərlik nümayəndə heyətinin İrana səfərinə də toxunub: “Həmin şirkətlər İrana qarşı mövcud sanksiyaların hələlik qüvvədə qaldığını yaxşı bilirlər”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol