• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

XİN rəhbərinin müavini Elnur Məmmədov Xorvatiyaya işgüzar səfər edib

XİN rəhbərinin müavini Elnur Məmmədov Xorvatiyaya işgüzar səfər edib
30.06.2024 12:34
27-29 iyun 2024-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada keçirilən Dubrovnik Forumunda iştirak etmək məqsədilə, bu ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Forumun "Liderlər Paneli. Nöqtələrin birləşdirilməsi: Etibarlı Təchizat Zəncirləri və Dəniz Təhlükəsizliyi” panelində çıxış edib.
 
Elnur Məmmədov çıxışında ölkəmizin son 30 ildə həyata keçirdiyi irimiqyaslı enerji layihələri, tranzit imkanlarının inkişaf etdirilməsi barədə danışıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir müavini, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla bərpa olunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətində əməkdaşlığı, o cümlədən "Qara dəniz sualtı kabeli” layihəsi barədə məlumat verib.

Səfər zamanı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirilib. Xorvatiyanın xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç ilə keçirilmiş görüşdə, Azərbaycan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, mədəniyyət, humanitar, minatəmizləmə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirlməsi məsələləri müzakirə olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.

Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq barədə qarşı tərəfi məlumatlandırıb.

Bununla yanaşı Elnur Məmmədovun, Xorvatiyanın Daxili İşlər Nazirliyinin Mülki Müdafiə İdarəsinin rəhbəri Damir Trut ilə də görüşü keçilib. Görüşdə, Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə, xüsusilə də ölkəmiz üçün priotitet olan humanitar minatəmizləmə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu istiqamətdə gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Minatəmizləmə sahəsində ixtisaslaşmış Xorvatiya şirkətləri ilə ANAMA arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir müavini həmçinin Xorvatiyanın dövlət televiziyası HRT1-ə müsahibə verib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol