• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb
01.07.2024 18:11
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC AZAL Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin satışına start verib. Bu barədə AZAL məlumat yayıb. 

Biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun 17-dən etibarən həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən baş tutacaq.

Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:

- Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.

- Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.

- Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin alınması üçün müvafiq sistem vasitəsilə yoxlanılan icazə kodu tələb olunduğundan bilet alışı ilkin mərhələdə yalnız sayt vasitəsilə onlayn mümkündür. Tezliklə mobil tətbiq üzərindən də bilet alışı prosesi təmin olunacaq.

- Aviabileti yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə etmək olar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.

Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25%, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90% güzəştlər nəzərdə tutulub.

2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə 8 aya inşa olunub. Aeroport sərnişinlərin rahatlığı və xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün bütün zəruri infrastruktura malikdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DGK: “Biləsuvar” postunda Naxçıvan–Bakı avtobusları üzrə gömrük nəzarəti qısa müddətdə bərpa olunub
Cəmiyyət 14:44
DGK: “Biləsuvar” postunda Naxçıvan–Bakı avtobusları üzrə gömrük nəzarəti qısa müddətdə bərpa olunub
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Cəmiyyət 13:52
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
Cəmiyyət 13:29
Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:54
Sabahın hava proqnozu açıqlanıb
Bədii qiraətçi Nadir Hüseynov avtomobil qəzasında vəfat edib
Cəmiyyət 12:45
Bədii qiraətçi Nadir Hüseynov avtomobil qəzasında vəfat edib
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:26
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Bakıda məktəbdə müəllim vəfat edib
Cəmiyyət 11:02
Bakıda məktəbdə müəllim vəfat edib
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Cəmiyyət 10:19
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:12
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol