• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

ABŞ Azərbaycanda insan haqlarını diqqətdə saxlayacağına vəd edib

ABŞ Azərbaycanda insan haqlarını diqqətdə  saxlayacağına  vəd edib
02.07.2024 14:53
Bazar ertəsi ABŞ bildirib ki, Azərbaycanla yüksək səviyyəli danışıqlar zamanı siyasi məhbuslar probleminə "diqqət yetirməyə davam edəcək", Turan-ın Vaşinqton müxbiri məlumat verib.

"Bu, uzun prosesdir və bizdən daim qarşılıqlı əlaqə tələb edir", - gündəlik brifinq zamanı Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bu yaxınlarda  Bakı ilə yüksək səviyyəli əlaqələrlə bağlı Turan-ın sualının cavabında deyib.

"Mən həm dövlət katibinin, həm də dövlət katibinin köməkçisi [James] O'Brayenin və başqalarının buna diqqət yetirməyə davam edəcəyini gözləyirəm", - Patel əlavə edib.

Blinken prezident İlham Əliyevlə son telefon danışığında Azərbaycanı insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız yerə saxlanılanların hamısını azad etməyə çağırıb. "O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb", - Dövlət Departamentinin 20 iyun tarixli məlumatında deyilirdi.

Ötən həftə Azərbaycana səfər edən dövlət katibinin köməkçisi O'Brayen də Konqresə bildirib ki, Əliyevlə insan hüquqlarına əməl edilməsinin vacibliyi barədə danışıb. 
 
"Bu, müzakirələr üçün adi mövzudur...Və mən bu söhbəti onunla müzakirə etməyi səbirsizliklə gözləyirəm", - o deyib.

Son vaxtlar Azərbaycan hökuməti jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları  artırmaqda ittiham olunur. Hüquq-müdafiə təşkilatları keçən ilin payızından  jurnalistlərin və fəalların barəsində  həbs və ya hökm çıxarılması ilə bağlı minimum 25  hadisəni sənədləşdiriblər. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol