• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Anar Məmmədlinin bel ağrıları kəskinləşib - vəkil

Anar Məmmədlinin bel ağrıları kəskinləşib - vəkil
02.07.2024 15:11
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SETMM) rəhbəri Anar Məmmədlinin belində yaranan ağrılar kəskinləşib. Bunu onun vəkili Elmar Süleymanov müdafuə etdiyi şəxslə görüşdən sonra bildirib. 

"Mən bu barədə (istintaq təcridxanasının) rəhbərliyi ilə danışmışam. Mənə dedilər ki, Anar Məmmədli ortopedik döşəklə təmin olunacaq”, - vəkil bildirib.


Məmmədlinin işi ilə bağlı istintaqın gedişinə gəlincə isə  Süleymanovı qeyd edib ki, "istintaq hərəkətləri ləng olsa da davam etdirilir”. 

Məmmədlinin ailə üzvləri onun onurğa yırtığından əziyyət çəkdiyini və ortopedik döşəyə ehtiyaclı olduğunu bildirib . Lakin istintaq təcridxanasının rəhbərliyi  ona bu döşəyi verməyə icazə verməyib. 

Anar Məmmədli aprelin 30-da bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qaçaqmalçılıqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham olunaraq həbs edilib. Əvvəlcə ona "Abzas Media işi” ilə əlaqəli ittiham təqdim edilib.  Daha sonra onun işi ayrıca icraata ayrılıb.

Çoxsaylı beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalist və fəalları dərhal azad etməyə çağırıb.

Son bir neçə aydaCinayət Məcəlləsinin  qaçaqmalçılığı nəzərdə tutan maddəsi ilə  17 ictimai fəal və jurnalistə qarşı cinayət işi başlanıb, onlardan 15-i hazırda həbsdədir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol