Şimali Kiprin lideri Bakıya gələcək
![Şimali Kiprin lideri Bakıya gələcək Şimali Kiprin lideri Bakıya gələcək](https://anews.az/photo/850x500/2024-07/1719999905_765634_res_0.jpg)
Şimali Kipr Türk Respublikasının rəhbəri Ersin Tatar iyulun 4-də Bakıya səfər edəcək. Bu barədə Şimali Kiprin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək.
Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcək. Tədbirdə müşahidəçi ölkələrin liderləri və UTC-nin baş katibinin də iştirakı gözlənilir.
www.anews.az