• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Ermənistan Minskdə parada qatılmayıb, Azərbaycan isə iştirak edib

Ermənistan Minskdə parada qatılmayıb, Azərbaycan isə iştirak edib
03.07.2024 16:40
Minsk Ermənistanı Belarusun faşist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə keçiriləcək parada dəvət etsə də  bu ölkə  subyektiv səbəblərdən  parad ekipajını Minskə göndərməyib. Bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç çərşənbə günü bildirib.

Çərşənbə günü Minskdə hərbi parad keçirilib və bu paradda Belarus hərbçiləri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan parad dəstələri də iştirak edib. Paradı Minskdə keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasına gələn nümayəndə heyətləri də müşahidə ediblər.

"Ermənistan da dəvət olunub. Ancaq bəzi uzaqgörən, çox güman ki, subyektiv səbəblərə görə biz bu səbəblərin nə olduğunu başa düşürük, təəssüf ki, Ermənistan nümayəndə heyəti, erməni parad ekipajları paradda iştirak etmək üçün gəlməyiblər”, – Belta agentliyi Volfoviçdən sitat gətirir.
 
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov isə Belarusun işğaldan azad edilməsinin 80 illiyinə və Müstəqillik Gününə həsr olunan mərasimdə fəxri qonaq qismində iştirak edib.
 


Müdafiə naziri Minskdə müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin, o cümlədən Azərbaycan ordusunun bir qrup hərbi qulluqçusunun iştirak etdiyi hərbi paradı izləyib.

Sonra o, Qələbə meydanını ziyarət edib.  Nümayəndə heyətlərinin başçıları Qələbə abidəsi önünə gül dəstələri qoyub

Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
 
Ermənistan KTMT üzvüdür, Azərbaycan isə yox. 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol