• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər

Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər
12.07.2024 17:37
Ölkənin ilk rəqəmsal bankı Birbank yeni lotereyaya start verir. Kapital Bank-ın 150 illik yubleyi münasibətilə keçirilən lotereyanın əsas uduş məbləği nə az, nə çox 150 000 manatdır. Bundan başqa iştirakçılar minlərlə pul mükafatı və keşbeklər qazanacaqlar. 30 sentyabr 2024-cü il tarixinədək keçiriləcək lotereyada yalnız Birbank taksit kartı sahibləri iştirak edirlər.
 
Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. 50 AZN və üzəri taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edir.
 
Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər Birbank mobil tətbiqində "Bizdən sizə” bölməsində yerləşən "Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa səhifədə hər ay yenilənəcək "Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.

3 tirajda keçiriləcək lotereyanın ilk tirajı 8 avqust 2024-cü il tarixində baş tutacaq və 10-31 iyul 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edəcək. 2-ci tiraj 10 sentyabr (1-31 avqust tarixində edilən əməliyyatlar), 3-cü final tirajı isə 15 oktyabr 2024-cü il tarixində keçiriləcək.
Hər tirajda 1 nəfər 10 000 AZN, 2 nəfər 1000 AZN, 10 nəfər 500 AZN, 20 nəfər 100 AZN, 1000 nəfər 10 AZN, 2300 nəfər isə 5 AZN dəyərində keşbək qazanacaq. Yalnız 1 şanslı müştəri isə lotereyanın super mükafatına -150 000 manata sahib olacaq.

Lotereya haqqında ətraflı məlumat: https://kbl.az/lttrypr
Lotereyada iştirakınızı izləmək üçün: https://onelink.to/fws6tw

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Cəmiyyət 16:40
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Bakıda evdə yanğın olub, ölənlər var
Cəmiyyət 15:55
Bakıda evdə yanğın olub, ölənlər var
Azərbaycanda ötən il 5 199 odlu silah aşkarlanıb
Cəmiyyət 15:52
Azərbaycanda ötən il 5 199 odlu silah aşkarlanıb
2025-də ipoteka kreditləri 442,8 mln manata çatıb
Cəmiyyət 15:39
2025-də ipoteka kreditləri 442,8 mln manata çatıb
Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb
Cəmiyyət 14:45
Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb
Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Cəmiyyət 14:42
Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb
Cəmiyyət 14:15
Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb
Fəhlənin ölməsi faktı araşdırılır
Cəmiyyət 13:38
Fəhlənin ölməsi faktı araşdırılır
Sabahın havası açıqlanıb
Cəmiyyət 13:04
Sabahın havası açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol