• $ 1.7
  • € 2.0154
  • ₽ 0.02043
  • ₺ 0.0412
  • £ 2.3192

Coca-Cola-dan növbəti musiqili yay kampaniyası

Coca-Cola-dan növbəti musiqili yay kampaniyası
15.07.2024 17:10
Dünyanın sevilən içki brendi Coca-Cola musiqili-əyləncəli kampaniyası ilə bu yayı da unudulmaz edir. Belə ki, şirkət 12 iyun 2024 – 4 sentyabr 2024 müddəti ərzində "Musiqi 2024” stimullaşdırıcı lotereyasını həyata keçirir. 


 Lotereyaya daxil olan məhsullar xüsusi etiketli və qızılı qapaqlı 0.5 l-lik "Coca-Cola” Classic, "Coca-Cola” Sıfır Şəkər, "Fanta” Portağal və "Sprite”dır. Lotereya iştirakçısı olmaq üçün qeyd olunmuş məhsullardakı qızılı qapaqların altındakı unikal kodu music.coca-cola.az veb-saytında və ya 7676 nömrəsinə pulsuz SMS göndərməklə qeydiyyatdan keçirmək lazımdır. Qeydiyyatın təsdiqi mesajını aldıqdan sonra lotereya tirajında iştirak hüququ əldə edilmiş olur. 


Lotereya tirajları lotereya müddətində hər həftənin çərşənbə günü (tiraj tarixləri: İyun 19, İyun 26, İyul 3, İyul 10, İyul 17, İyul 24, İyul 31, Avqust 7, Avqust 14, Avqust 21, Avqust 28, Sentyabr 4) Gənclik Mall ticarət mərkəzində yerləşən stenddə  xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında şəffaf şəkildə həyata keçirilir və şirkətin sosial media hesabından (Instagram: @cocacola_az) canlı yayımlanır. Hər tirajda qaliblər müəyyən olunur və onlara aşağıdakı hədiyyələrdən biri müvafiq olaraq təqdim olunur:

• Coca-Cola loqotipi olan səsgücləndirici (qırmızı rəngdə) – 6000 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd hədiyyə qazanmaq şansı var
• Coca-Cola loqotipi olan çanta (qırmızı rəngdə) – 1200 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd hədiyyə qazanmaq şansı var
• Apple Airpods Max qulaqlıq (qara qəngdə) – 120 ədəd; 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
• Apple ağıllı saat (qara rəngdə) – 60 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
• Apple Iphone 15 (128 GB, qara rəngdə ) – 60 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var

• Coca-Cola ilə Ekskluziv Musiqi Təcrübəsi (Xəzər Festivalının Bakı konsertində ekskluziv zonaya 2 nəfərlik giriş və Bakıda 5 ulduzlu oteldə bir gecə qonaqlama (2 nəfərlik)) –12 ədəd; 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var. 

Qeyd edək ki, tirajlar həftəlik olaraq baş tutur və tirajın oynanılacağı gün başladıqdan etibarən göndərilən kodlar artıq növbəti həftənin tirajında oynanılır. Lotereyalar haqqında qanunun 7.1-1 maddəsinə uyğun olaraq lotereyada iştirak edən istehlakçıların hər birinin qazanma şansı var. Suallar və daha ətraflı məlumat üçün 088 4441 nömrəsi ilə əlaqə saxlamaq olar.

Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə musiqi və əyləncənin ayrılmaz hissəsinə çevrilmişdir. Coca-Cola ötən il Azərbaycanda "Musiqi 2023” kampaniyası, "Coke Studio ilə Xəzər Festivalı” və digər musiqili-əyləncəli tədbirlər keçirib. Bu il də "Coke Studio ilə Xəzər Festivalı”nın keçiriləcəyi planlaşdırılır. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səkkiz ayda 2 min nəfərə yaxın şəxsin narkoman olması təsdiqlənib
Cəmiyyət 15:51
Səkkiz ayda 2 min nəfərə yaxın şəxsin narkoman olması təsdiqlənib
İlin ilk 8 ayında 5,9 ton narkotik vasitə müsadirə edib
Cəmiyyət 15:47
İlin ilk 8 ayında 5,9 ton narkotik vasitə müsadirə edib
Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayı açıqlanıb
Cəmiyyət 15:45
Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayı açıqlanıb
İmişlinin 4 kəndində 1000-ə yaxın abonentin qazı kəsiləcək
Cəmiyyət 15:28
İmişlinin 4 kəndində 1000-ə yaxın abonentin qazı kəsiləcək
Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi artıb
Cəmiyyət 14:48
Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi artıb
Ukraynada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 13:54
Ukraynada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Yeddi ayda buğda və kartofun idxalında kəskin artım olub
Cəmiyyət 13:44
Yeddi ayda buğda və kartofun idxalında kəskin artım olub
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:36
Sabah yağış gözlənilir - Hava proqnozu
Ən az körpə doğumu iyunda, ölüm isə iyulda qeydə alınıb - Statistika
Cəmiyyət 11:18
Ən az körpə doğumu iyunda, ölüm isə iyulda qeydə alınıb - Statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol