• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının missiya rəhbərini qəbul edib

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının missiya rəhbərini qəbul edib
16.07.2024 18:42
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Dulini qəbul edib.Bu barədə XİN-dən məlumat verilib.
 
Görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir münaqişə nəticəsində ölkənin genişmiqyaslı miqrasiya problemi ilə üzləşdiyini, Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb. Post-münaqişə dövründə məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün aparılan işlər barədə məlumat verilib.

Azərbaycanın cari ildə COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol