• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb - Yenilənib

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb - Yenilənib
18.07.2024 19:14
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

Görüşdə iki ölkə arasında siyasi dialoqdan məmnunluq ifadə olunub.
Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakteri daşıdığını, əlaqələrin çox möhkəm təməllər əsasında qurulduğunu bildirib.Qeyd edib ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlət başçısı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edilib.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunulub, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlət başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirib və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğulayıb.
 
 18:29

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol