• $
  • £

Azərbaycan Avropaya qaz ixracını artıracaq

Azərbaycan Avropaya qaz ixracını artıracaq
19.07.2024 18:04
Azərbaycan bu il Avropaya təbii qaz ixracını keçən ilki 11,8 milyard kubmetrdən  13 milyard kubmetrə kimi artıracaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Azərbaycan  Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlanan müharibəsindən sonra Avropaya qaz satışını 2027-ci ilə kimi iki dəfə artırmaq niyyətindədir. Beləliklə Avropaya Azərbaycan qazının ixracı 20 milyard kubçetrə kimi artırılacaq. 

Keçən ay verdiyi müsahibədə Azərbaycan prezidenti infrastrukturun və maliyyənin genişləndirilməsi üçün imkanın olmadığını bildirsə də, cümə axşamı  ölkənin bu məqsədə çata biləcəyini söyləyib. 

"2022-ci ilin iyulunda Bakıda enerji sektorunda müəyyən etdiyimiz Aİ ilə strateji tərəfdaşlıq 2027-ci ilin sonuna qədər Avropaya qaz tədarükümüzü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutur. Biz bu məqsədə doğru irəliləyirik", - Əliyev deyib.
 
Rusiyadan başqa mənbələrdən enerji əldə etmək istəyi Moskvanın 2022-ci ilin fevralında əsas qaz tranziti ölkəsi olan Ukraynaya təcavüzündən sonra aktuallaşıb.

Moskva və Kiyev arasında Rusiya qazının Avropaya tranzitinə dair 5 illik müqavilənin müddəti 2024-cü il dekabrın 31-də başa çatdığından Azərbaycandan qaz tədarükü də diqqət mərkəzindədir.

Ukrayna, 2022-ci ildə gələn 150 milyard kubmetr boru kəməri qazından Avropaya ildə təxminən 15 milyard kubmetr Rusiya qazı tədarük edən müqaviləni yeniləməyəcəyini söylədi.

Əliyev əlavə edib ki, Azərbaycan Sloveniya və Slovakiya kimi yeni tərəfdaşlarla qaz tədarükü üzrə danışıqları sürətləndirməli, həmçinin mövcud bazarlara qaz tədarükünü artırmalıdır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol