• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycan Ermənistanı COP29-a dəvət edib

Azərbaycan Ermənistanı COP29-a dəvət edib
21.07.2024 17:45
Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.

"The National" nəşri xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, İrəvana dəvət göndərilib.
Dəvət hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib.

"Muxtar Babayev (COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Bunu ilk dəfədir, xarici mediaya deyirəm”, - deyə Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, bu məktubun hər iki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadığı bir vaxtda göndərilməsi Azərbaycanın "xoşməramlı iradəsinin” və "inklüziv yanaşmasının” göstəricisidir.

COP29 qlobal səydir və həlledici danışıqlar "Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”.

"İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - deyə Hacıyev bildirib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol