• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycan XİN Zaxarovanın təklifinə cavab verib

Azərbaycan XİN Zaxarovanın təklifinə cavab verib
24.07.2024 15:43
Rəsmi Bakı Ermənistanla rusiya və digər platformalarda danışıqlara hər zaman açıq olub. Bunu Azərbaycan xarici işlər nazirinin sözçüsü Ayxan Hacızadə deyib. 
 
Bu gün Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında danışlar aparmaq üçün platforma təqdim etməyə hazırdır.  
 
"Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub”, - Hacızadə əlavə edib. 
 
Bir gün əvvəl Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirirlər.
 
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyada keçirilən Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan lideri ilə görüşməkdən imtina edib. 
 
Prezidentin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir. 
 
Azərbaycan Prezidenti "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda sülh danışığı ilə bağlı Azərbaycanla danışığa getməsindən imtinası onu təəccüblənidirib. 
 
Gülnar Nazimqızı 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol