• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Ceyhun Bayramov Polşa səfirini qəbul edib

Ceyhun Bayramov Polşa səfirini qəbul edib
25.07.2024 19:19
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri Rafal Poborskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edərək bu xüsusda ali səviyyədə həyata keçirilən təmasların və görüşlərin dostluq, hörmət və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafına təkan verdiyini qeyd ediblər.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar, təhsil və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Nazir Polşa səfirinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol