• $
  • £

“AzerGold” QSC Şərqi Zəngəzurda işə başlayıb

“AzerGold” QSC Şərqi Zəngəzurda işə başlayıb
01.08.2024 13:46
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən "Şorbulaq” filiz təzahürləri sahəsində axtarış-qiymətləndirmə işlərinə başlayıb. Bu barədə şirkətin yayımladığı məlumatda bildirilib. 

Məqsəd mövcud təzahürlərin ilkin ehtiyatlarının qiymətləndirilməsidir.
 
"Səhmdar Cəmiyyətin axtarış-kəşfiyyat proqramına əsasən, burada ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılıb. Perspektivli zonaların qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi məqsədilə tədqiqatlarda qeyri-invaziv axtarış metodlarından olan hiperspektral peyk çəkilişlərindən istifadə edilir. Paralel olaraq arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması işləri də icra olunub",  -  məlumatda deyilib.
 
 "Şorbulaq” təzahür sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu olan Levçay çayının hövzəsində yerləşir. Təzahür sahəsində qızıl, xrom və civə
metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti bahalaşıb
PAŞA Bank Gürcüstanın aktivləri açıqlanıb
İqtisadiyyat 15:47
PAŞA Bank Gürcüstanın aktivləri açıqlanıb
Murad Süleymanov: PAŞA Bank səhmdarlarına 107 milyon manat dividend elan edib
İqtisadiyyat 15:36
Murad Süleymanov: PAŞA Bank səhmdarlarına 107 milyon manat dividend elan edib
PAŞA Bankın kapital adekvatlığı normativ tələbi üstələyir
İqtisadiyyat 15:32
PAŞA Bankın kapital adekvatlığı normativ tələbi üstələyir
PAŞA Bankın “yaşıl” kredit portfeli 36,8 milyon manata çatıb
İqtisadiyyat 15:28
PAŞA Bankın “yaşıl” kredit portfeli 36,8 milyon manata çatıb
PAŞA Bankın IPO-sunda 51,3 mln manatlıq səhm yerləşdirilib
İqtisadiyyat 15:25
PAŞA Bankın IPO-sunda 51,3 mln manatlıq səhm yerləşdirilib
PAŞA Bankın əməliyyat xərcləri 1,8% artıb
İqtisadiyyat 15:19
PAŞA Bankın əməliyyat xərcləri 1,8% artıb
PAŞA Bankın aktivləri 9,98 milyard manata çatıb
İqtisadiyyat 15:14
PAŞA Bankın aktivləri 9,98 milyard manata çatıb

Bakıda 12 gün komada qalan körpəxilas olundu
İqtisadiyyat 14:35
Bakıda 12 gün komada qalan körpəxilas olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol