Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan hər bir ailə üzvünə düşən orta aylıq məbləğ 2026-cı ilin əvvəlinə 95,68 manat olub. Bu, 2025-ci ilin əvvəlinə olan göstəricidən 11,84 manat və ya təxminən 11% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Yardım alan ailələrin sayı 2025-ci ilin əvvəlindəki 75 959-dan 2026-cı ilin əvvəlində 76 103-ə yüksəlib.
Belə ailələrin üzvlərinin sayı isə 334 472-dən 335 954-ə çatıb.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















