• $
  • £

Müdafiə Nazirliyindən tankların sərhədə yığılması xəbərlərinə - REAKSİYA

Müdafiə Nazirliyindən tankların sərhədə yığılması xəbərlərinə - REAKSİYA
09.02.2014 16:29

Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub. 

Bunu Müdafiə Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər. 

"Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub",- deyə nazirlikdən vurğulayıblar. 

Məlumata görə, cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülür: “Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir”.

Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində “Azərbaycan tanklarını sərhədə yığır” kimi başlıqlı yazıların dərc olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu fikirlər həqiqətə uyğun deyil: “Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır”,- deyə nazirlikdən göndərilən məlumatda vurğulanır.

Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər görülür: “Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir”.

Qaynar.info

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
Siyasət 14:32
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşların vəziyyəti ilə bağlı açıqlama yayıb
Siyasət 11:50
XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşların vəziyyəti ilə bağlı açıqlama yayıb
Azərbaycan regional hərbi eskalasiyadan narahatlığını ifadə edib
Siyasət 21:04
Azərbaycan regional hərbi eskalasiyadan narahatlığını ifadə edib
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
Siyasət 11:59
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
İsrailin İrana hücumu başlayıb
Siyasət 11:00
İsrailin İrana hücumu başlayıb
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Prezident sərəncam imzalayıb
Siyasət 17:13
Prezident sərəncam imzalayıb
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Siyasət 16:55
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol