• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Qarabağ separatçısının oğlunun məhkəməsi təxirə salınıb

Qarabağ separatçısının oğlunun məhkəməsi təxirə salınıb
02.08.2024 20:24
2024-cü il avqustun 2-də İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində  Qarabağ reparatçılarının saiq rəhbəri və Ermənistanın eks prezidenti Robert Köçəryanın oğlu Levon Köşəryanın işi üzrə məhkəmə elektrik kəsilməsi səbəbindən təxirə salınıb. 
 
Hhakim Karen Farxoyanın sədrliyi ilə "Hayastan” fraksiyasından olan deputat Levon Köçəryanın və Ermənistanın "Eventing” Federasiyasının katibi Sergey Asaturovun işi üzrə məhkəmə  sübutların öyrənilməsi başlayıb və videomateriallar tədqiqi mərhələsinə çatıb. 

Levon Köçəryan ötən il sentyabrın 22-də İrəvanda müxalifətin mitinqində saxlanılı. Daha sonra ona qarşı polis əməkdaşına qarşı zorakılıq tətbiq etmək ittihamı irəli sürülüb.

Levon Köçəryanın vəkilləri müdafiə etdikləri şəxsin heç bir qanunsuz hərəkətə yol vermədiyini və bunun ona qarşı siyasi təqib olduğunu iddia edirlər.
 
Robert Köçəryan hazırda Ermənistanın baş naziri Nikol Paşinyana qarşı müxalifətdə durur. Əssən ruspərəst kimi Ermənistan ictimaiyyətində tanın Robert Köçəryan Paşinyanın qərbyönlü siyasətinə qarşı çıxışlar edir. 
 
Azərbaycan Qarabağ separatçılarının liderləri olan Ermənistanın sabiq prezidentləri Robert Koçəryan və Serj Sarqsyan barədə axtarış elan edib.
 
Hər iki şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. 

Adıçəkilən şəxslər 1988-ci ilin fevralında  Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçirib, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu bildirib, azərbaycanlıları işdən qovub, Dağlıq Qarabağdan zorla köçürərək evlərini yandırmağı təbliğ ediblər.
 
Həmin şəxslər qondarma "Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol