İran İsrailə raket endirməyə hazırlaşır - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD İranın İsrailə raket zərbəsi endirməyə hazırlaşdığını bildirdiyindən İsrail hökuməti ölkənin hava məkanını bağlayıb. Bu barədə "Al- Arabia” kanalı məlumat yayıb.
İranın ali lideri Əli Xamenei isə HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinin cavabsız qalmayacağını bəyan edib.
İranın dövlət televiziyası yaxın saatlarda dünyanın mühüm hadisələrin şahidi olacağını bildirib.
www.anews.az
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub.
Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail Müdafiə Qüvvələri isə bu hadisəyə görə məsuliyyət daşımadığını açıqlayıb.
Hadisə ilə əlaqədar İranda üçgünlük - iyulun 31-dən avqustun 2-dək matəm elan edilib. Eyni zamanda, ölkə ərazisində "qisas bayrağı” hesab olunan qırmızı bayraq qaldırılıb.
"İran torpaqlarında baş verən bu ağrılı hadisədə Haniyənin tökülən qanının qisasını almağı özümüzə borc bilirik”, - deyə Xamenei əlavə edib.
***
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 