• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib

Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib
09.02.2014 11:30

Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib.

 “AzərTAc”ın verdiyi xəbərə görə, tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Soçi Olimpiadasında iştirakçı ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Gənclər və idman naziri Azad Rəhimov tədbiri açaraq Azərbaycanda idmanın və Olimpiya hərəkatının geniş vüsət aldığını, ölkəmizin beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. Nazir birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq işlərindən danışıb, “Bakı-2015”in yüksək səviyyədə keçiriləcəyini bildirib.

 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, bu sahədə yaxşı təcrübə qazandığını, Olimpiya hərəkatına layiqli töhfə verdiyini söyləyib. T.Bax Azərbaycanın tarixə birinci Avropa Oyunlarını keçirən ilk ölkə kimi daxil olacağını qeyd edib.

 

2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Bu sözləri “Azərbaycan günü”ndə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O, ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanda idmana göstərilən diqqət və qayğı bizi çox sevindirir. İnanırıq ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə nümunə göstərəcək.

Azərtac

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol